Macarıstan və ABŞ energetika və cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq haqqında iki saziş imzalayıblar
Macarıstan və ABŞ energetika və cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq haqqında iki saziş imzalayıblar. Sənədləri Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio və Macarıstanın xarici işlər naziri Anita Orban imzalayıblar. Bu barədə Macarıstanın xarici işlər naziri sosial şəbəkədə yazır.
Sazişlərdən biri təbii qaz və neftin nəqli üçün regional infrastrukturun inkişafını nəzərdə tutur. Təşəbbüsün məqsədi yeni energetika obyektlərinin, o cümlədən qaz kəmərlərinin tikintisi yolu ilə Balkan yarımadası və Mərkəzi Avropa ölkələri üçün enerji təchizatının alternativ marşrutlarını yaratmaqdır.
“Saziş təbii qaz və neftin nəqli üçün zəruri olan regional infrastrukturun inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyə imkan verəcək” – Anita Orban yazır.
Bununla yanaşı, ikinci saziş ABŞ və Macarıstan arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın gücləndirilməsini və radikal təşkilatlar tərəfindən törədilən cinayətlər haqqında məlumat mübadiləsini nəzərdə tutur.