Macarıstan universitetləri bağlayır və kütləvi toplantıları qadağan edir
Macarıstan universitetləri bağlayır və kütləvi toplantıları qadağan edir

Yeni koronavirusun yayılması prevensiyası çərçivəsində, Macarıstan universitetləri bağlayır. Bu barədə “BBC” yazır.

Hökumətin qərarı ilə, həmçinin qapalı məkanda 100-dən artıq insanın, küçədə isə, 500-dən artıq insanın toplantısı qadağan edilir.

Qeyd olunan qadağananın nə qədər müddət olması hələlik məlum deyil.

Həmçinin, hakimiyyətin qərarı ilə Macarıstan İtaliya, Cənubi Koreya, İran və Çin ilə avia gediş-gəlişi dayandırdı.

Macarıstanda koronavirusun 13 halı təsdiq olunub.