Macarıstan Prezidenti - Macarıstan Rusiyanın Ukraynaya təcavüzünü pisləyir, bütün hərbi cinayətlərin araşdırılmasını və vəhşi hərəkətlər edənlərin cəzalandırılmasını tələb edir
Macarıstan Prezidenti - Macarıstan Rusiyanın Ukraynaya təcavüzünü pisləyir, bütün hərbi cinayətlərin araşdırılmasını və vəhşi hərəkətlər edənlərin cəzalandırılmasını tələb edir

Macarıstan prezidenti Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmağa çağırıb.

Ukrayna mətbuatı xəbər verir ki, Katalina Novak bu barədə beynəlxalq xeyriyyə telemarafonunun – “Ukraynanı xilas et – #StopWar”ın efirində bildirib.

“Macarıstan Rusiyanın təcavüzünü və Ukraynaya silahlı təcavüzünü birmənalı şəkildə pisləyir. Biz bütün hərbi cinayətlərin araşdırılmasını və insanlığa qarşı bu vəhşi hərəkətləri edənlərin cəzalandırılmasını tələb edirik”, – Novak bildirib.

Novak əlavə edib ki, ölkəsi Ukraynadan olan 700 mindən çox qaçqına sığınacaq verməklə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcək.

“Biz yaralılara kömək etməyə, ölkəmizə gələn uşaqların təhsil almasını təmin etməyə və gələn ailələrə ev, yemək və xidmətlər göstərməyə davam edəcəyik” – deyə Macarıstan prezidenti bildirib.