Macarıstan Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı qətnamə qəbul edib
Macarıstan Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı qətnaməni dəstəkləyib. Qətnaməni 142 deputat dəstəklədi, 28-i əleyhinə səs verib və dördü bitərəf qalıb.
Qətnaməyə əsasən, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxır, səbəb olaraq da müharibəni və ölkənin üzvlük meyarlarını yerinə yetirməməsini göstərir.
Bununla yanaşı, qətnamə Macarıstan hökumətini Ukraynanın bloka qoşulması ilə bağlı danışıqların başlamasını dəstəkləməməyə çağırır.
Qətnamənin müəllifləri bildirirlər ki, Avropa İttifaqının növbəti yeddi illik büdcəsində Ukraynanın maliyyələşdirilməsinin payı 360 milyard avronu keçə bilər və bu, blokun kənd təsərrüfatı subsidiyalarının azaldılmasına səbəb ola bilər.
Sənəddə həmçinin müəlliflərin hesablamalarına görə, hər bir macar ailəsinə təxminən 1,4 milyon forintə (3600 avro) başa gələ biləcək Ukraynanın yenidənqurma planından da bəhs olunur.