Macarıstan Parlamenti “Pride” tədbirlərinin qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib

20:38, 18.03.2025

 
Macarıstan Parlamenti “Pride” tədbirlərinin qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Bu haqda məlumatı “Associated Press” yayır. Medianın məlumatına əsasən, hakim partiyanın bu təşəbbüsünü 136 deputat dəstəkləyib, 27 deputat isə əleyhinə səs verib.

Həmçinin, qanun layihəsi hakimiyyətə qadağan olunmuş tədbirlərin iştirakçılarının kimliyinin müəyyən edilməsi üçün elektron üz tanıma proqramlarından istifadə etməyə icazə verir. “Fidesz”in koalisiya tərəfdaşı Sosial Demokrat Partiyası tərəfindən də dəstəklənən qanunvericilik dəyişikliyi sürətləndirilmiş qaydada təsdiq edilib. O, bir gün əvvəl parlamentə təqdim olunub.

Qanun “Pride”ın uşaqlar üçün zərərli sayıla biləcəyini əsas gətirərək onu qadağan edir. Təqdim olunan təşəbbüs “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Dəyişikliyə əsasən, “Uşaqların müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş məhdudiyyətləri pozan toplantı qadağan edilir. Qadağan edilmiş tədbirdə iştiraka görə təxminən 550 dollar miqdarında cərimə nəzərdə tutulub.

Macarıstan Parlamentində səsvermə zamanı müxalifət üzvləri rəngli tüstü buraxıblar.

Budapeşt “Pride”ın təşkilatçıları yeni qanunu tənqid edərək, bunun LGBT icmasını “günah keçisi” etmək və tənqidi səsləri susdurmaq məqsədi daşıdığını deyirlər.

“Bu uşaqların müdafiəsi deyil, bu faşizmdir. Hökumət azlıqları təqib etməklə dinc etirazı tənqidi səslərlə məhdudlaşdırmağa çalışır. Müvafiq olaraq, bir hərəkat kimi biz bütün macarların nümayiş azadlığı üçün mübarizə aparacağıq” – illik Budapeşt “Pride” tədbirinin təşkilatçılarının bəyanatında deyilir.

Oxşar