Macarıstan bəyan edir ki, rus neftinin embarqosuna yenə də qarşı çıxır
Macarıstan bəyan edir ki, rus neftinin embarqosuna yenə də qarşı çıxır

Macarıstan bəyan edir ki, rus neftinin embarqosuna yenə də qarşı çıxır.

“Blumberqin” yazdığına görə, bu barədə Macarıstan hökumətinin mətbuat katibi, Zlotan Kovaç Avropa Komissiyasının sədri, Ursula fon der Layenin Avropa Parlamentinə Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim etməsindən sonra bəyan etdi.

Brüsseldə deyildiyi kimi, paketə Macarıstan və Slovakiya istisna olmaqla, Rusiya neftinə embarqo tətbiq etmək üçün mərhələli plan daxildir. Daha dəqiq olaraq , bu iki ölkə 2023-cü ilə qədər sanksiyalar tətbiq etməli olmayacaq.

Macarıstanda bəyan edirlər ki, bu təklifi bəyənmirlər.

“Biz hətta keçid mərhələsini idarə etmək üçün nə plan, nə də zəmanət görmürük. Biz Macarıstanın enerji təhlükəsizliyinə nəyin zəmanət verdiyini görmürük”, – Macarıstan hökumətinin mətbuat katibi bəyan etdi.