Macarıstan baş nazirinin siyasi müşaviri – Bizim məqsədimiz Gürcüstanın şəffaflıq qanununa veto qoymaq deyil, Avropa İttifaqı daxilində oxşar qanunların tətbiqini təşviq etməkdir

18:27, 17.05.2024

Məqsədimiz Gürcüstanın xarici təsirin şəffaflığı haqqında qanununa veto qoymaq deyil, Avropa İttifaqı daxilində oxşar qanunların tətbiqini təşviq etməkdir. – Bu barədə Macarıstanın baş naziri Viktor Orbanın siyasi müşaviri, Macarıstan parlamentinin üzvü Balazs Orban sosial şəbəkədə yazıb.

“Suverenliyin arzuolunmaz xarici müdaxilədən qorunması təhdid deyil, demokratiya üçün ilkin şərtdir – qanunun məqsədi budur. Və bunu qınamaq əvəzinə, bəlkə də Avropa İttifaqı bundan nümunə götürsün”, – o yazıb.

Oxşar