Macar müşahidəçi Fanni Laçko – Seçkilər şəffafdır, hər hansı problem müşahidə etmədik, hər şey demokratik çərçivədə idi
Macar müşahidəçi Fanni Laçko – Seçkilər şəffafdır, hər hansı problem müşahidə etmədik, hər şey demokratik çərçivədə idi

“Biz seçki məntəqələrində – əvvəl Tbilisidə, indi isə Batumidə olduq. Seçkilər ədalətli və şəffafdır, hər hansı problem müşahidə etmədik, hər şey qaydasında idi və demokratik çərçivə daxilində keçirilirdi”, – bunu Macarıstandan gəlmiş beynəlxalq müşahidəçi Fanni Laçko bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər heç bir problem qeydə alınmayıb.

“İndiyədək gördüklərimizdən belə nəticə çıxır: seçkilər ədalətli və şəffafdır. Hər hansı problem müşahidə etmədik, hər şey qaydasında idi və demokratik çərçivə daxilində keçirilirdi. Bu səbəbdən indiyə qədərki ziyarətlərimizdə heç bir problem qeydə almadıq”, – deyə Laçko qeyd edib.