Macar müşahidəçi Barbara Silvia Heqeduș – Seçkilər şəffaf şəkildə keçir, müasir texnologiyaların tətbiqi ilə yaxşı təşkil olunub
Seçkilər şəffaf şəkildə keçir, müasir texnologiyaların tətbiqi ilə yaxşı təşkil olunub, – bunu macar müşahidəçi Barbara Silvia Heqeduș bildirib.
Onun sözlərinə görə, yerli demokratiyanın gücləndirilməsi üçün seçki prosesinə seçicilər fəal şəkildə qoşulublar.
“Bizim üçün burada olmaq böyük şərəfdir. Biz Macarıstandan gəlmiş beynəlxalq müşahidəçilərik. Beynəlxalq müşahidəçilər kimi bizim vəzifəmiz seçkiləri izləməkdir, amma ona müdaxilə etməməkdir. Seçicilər seçki prosesinə fəal qoşulublar ki, yerli demokratiya güclənsin. Seçkilər şəffaf şəkildə keçir, müasir texnologiyaların tətbiqi ilə yaxşı təşkil olunub. Vətəndaşlar hesab edirlər ki, seçkilərdə fəal iştirak çox vacibdir”, – deyə macar müşahidəçi Barbara Silvia Heqeduș qeyd edib.