Macar müxalifətçi deputat Katalin Çex ABŞ-da demokratları Donald Trampa qarşı tədbirlər təşkil etməyə çağırır
Macar müxalifətçi deputat Katalin Çex ABŞ-da demokratları ölkənin prezidenti Donald Trampa qarşı tədbirlər təşkil etməyə çağırır. Bu haqda məlumatı “Guardian” yayır.
Medianın məlumatına əsasən, Katalin Çex ABŞ-da Demokratlar Partiyasının üzvlərini və tərəfdarlarını 2026-cı ilin aralıq seçkilərinə ciddi yanaşmağa və Trampın avtokratik idarəçiliyinin genişlənməsinə maneə olmağa çağırıb.
Müxalifətçi deputat bildirib ki, demokratlar Macarıstan nümunəsini nəzərə almalı və Trampın Macarıstanın Baş naziri kimi avtoritar idarəçiliyi möhkəmləndirməsinə icazə verməməlidirlər.
“Macarıstanda demokratik geriləmə elə sürətlə baş verdi ki, heç kim məsələnin nə qədər pis olduğunu başa düşmədi, buna görə də buna elə başlanğıc mərhələsində diqqət yetirməyiniz və səfərbər olmağınız vacibdir” – Katalin Çex bildirib.
Katalin Çex bildirib ki, ABŞ-dakı seçicilər ölkələrinin immunitetinin olduğunu və Macarıstandakı kimi hadisələrin ABŞ-da baş verə bilməyəcəyini düşünməkdən əl çəkməlidirlər.
“Hər bir etiraza gedin, hər etiraz marşında durun, hücuma məruz qalanların yanında olun” – macar deputat deyib.
Katalin Çex Demokratlar Partiyasını yeni namizədlər tapmağa çağırır, çünki seçicilər köhnə simalara artıq inanmırlar.
“Avtokratlar idarəçilikdə axsayacaqlar. Kommunal ödənişlər, səhiyyə böhranı, təhsil. Əgər diqqətinizi bu sahələrə yönəltsəniz və yalnız məhkəmələrdə baş verən hadisələrin texniki detalları haqqında danışmasanız, insanlar o zaman sizi daha çox izləyəcək” – Katalin Çex deyib.