Maik Pompeo - Amerikanın dəstəkçisi olan gürcü xalqına yardım etməyə hazırıq
Martın 27-də Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatasının xarici əlaqələr komitəsində ABŞ Dövlət Katibi Maik Pompeonun “ABŞ Dövlət Departamentinin Xarici Siyasət Strategiyası və 2020-ci ilin fiskal büdcəsi” adlı məruzəsi dinləndi.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, dinləyiş zamanı əsas diqqət Rusiyadan, İrandan, Cənubi Koreyadan, Çindən, Yaxın Şərqdən və həmçinin Suriyədən gələn təhlükələrlə mübarizə üçün ABŞ-ın xarici siyasət strategiyasına yetirildi.
Dinləyiş zamanı, Ohaio Ştatından olan respublikaçılar konqresmeni Stiv Çabo Ukrayna və Gürcüstana qarşı yönəldilən Rusiya aqressiyası haqqında söz edərək, vurğuladı ki, ABŞ tərəfindən bu ölkələrə verilən dəstək gücləndirilməlidir.
Stiv Çaboya cavab olaraq, Maik Pompeo qeyd etdi ki, ABŞ Ukraynaya iki növ real yardımlar göstərdi və gürcü xalqına yardım etməyə də hazırdır.
“Biz Ukrayna xalqına özünü müdafiyə etmək üçün silah verdik. Həmçinin onlara kəşfiyyat sahəsində də yardım etdik. İndi Ukraynada prezident seçkiləri yaxınlaşır və bu istiqamətdə də bir çox elementlər olacaq və bu məsələyə dövlət departamenti də qoşulub. Biz həmçinin, ABŞ-ın etibarlı tərəfdaşı olan gürcü xalqına yardım etməyə də hazırıq” – dedi Maik Pompeo.