Maia Sandu - Rusiya sentyabrda planlaşdırılan Moldovanın parlament seçkilərinə misli görünməmiş müdaxiləyə hazırlaşır
Rusiya sentyabrda planlaşdırılan Moldovanın parlament seçkilərinə misli görünməmiş müdaxiləyə hazırlaşır – bu haqda Moldova Prezidenti Maia Sandu Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
Sandu bildirib ki, Kreml öz adamlarını növbəti parlamentə gətirmək üçün bir neçə siyasi layihəyə sərmayə qoyur və bütün bu layihələr, əsasən, İlan Şorun kriminal sxemləri ilə maliyyələşdirilən bir mərkəzdən koordinasiya edilir.
Moldova Prezidentinin bəyanatına əsasən, təkcə kriptovalyuta vasitəsilə təxminən 100 milyon avronun köçürülməsi planlaşdırılır. Həmçinin, xaricdən mütəşəkkil dezinformasiya və ictimai rəylə manipulyasiya kampaniyaları gözlənilir.
Maia Sandu iddia edir ki, kilsənin xarici dövlətin maraqları üçün istifadə edilməsi; ölkənin Avropa kursuna qarşı mesajların yayılması üçün “ictimai rəy liderləri” və onlayn influenserlərin vasitəçi kimi istifadəsi və destabilizasiya fəaliyyətlərinə mütəşəkkil cinayətin qarışdırılması planlaşdırılır.