Maia Sandu - Prezident Salome Zurabişvili ilə telefonla danışdım, Moldova demokratik və Avropa istəklərində gürcü xalqının yanında möhkəm dayanır
Moldovanın Prezidenti Maia Sandu, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışdığını bildirib.
Bu haqda Sandu sosial şəbəkədə yazır.
“Prezident Zurabişvili ilə telefon danışığı apardım, çünki həm Moldova, həm də Gürcüstan mühüm demokratiya sınağına hazırlaşır.
Moldova demokratik və Avropa istəklərində gürcü xalqının yanında möhkəm dayanır” – Sandu sosial şəbəkədə yazır.