Maia Sandu – Nifrəti körükləyən siyasətçilərdən məsuliyyət tələb etməliyik, çünki faşist rejimi belə başlayıb

19:24, 07.08.2026

 

Siyasətçilər və parlament üzvləri tərəfindən nifrət nitqinin qarşısı “qətiyyətlə alınmalıdır” – bu barədə Moldovanın Prezidenti Maia Sandu bildirib.

Sandunun sözlərinə əsasən, əgər internetdə aqressiv ritorika dayanmazsa, bu, son nəticədə sosial medianın hüdudlarını aşa və vəziyyət real zorakılığa qədər gedib çıxa bilər.

Moldova Prezidenti, nifrət nitqinin yalnız siyasətçilərə və vəzifəli şəxslərə qarşı deyil, həm də sıravi vətəndaşlara qarşı da yönəldiyini bildirib.

“Biz dayanmalı, dərindən nəfəs almalı və onlayn nifrət nitqinin nəticələrini anlamalıyıq. Nifrəti körükləyən siyasətçilərdən məsuliyyət tələb etməliyik, çünki faşist rejimi belə başlayıb. Bu cür dramatik nümunələr gətirdiyim üçün bağışlayın, lakin nəticələri yaxşı bəlli olan bu faciə məhz siyasətçilər tərəfindən yayılan nifrət nitqi ilə başlamışdı” – Sandu qeyd edib.

İyulun 28-də Moldova Parlamenti diskriminasiyanın, o cümlədən gender əlamətlərinə görə diskriminasiyanın qarşısının alınması və onunla mübarizə haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Oxşar