Maia Sandu – Moldovanın Avropa İttifaqına yolu təkcə Moldova üçün deyil, qitədə sabitlik və təhlükəsizlik üçün mühümdür, demokratiya uğrunda mübarizəni davam etdirməliyik
Bir neçə gün əvvəl Moldova xalqı Avropa İttifaqında öz gələcəyini seçdi. Mən demokratiyanı müdafiə edən hər bir moldovalı ilə fəxr edirəm, xalqımız böyük çağırışlar, xarici müdaxilə, sürgündəki oliqarxların rus pulları ilə tətbiq etdikləri rüşvət sxemləri qarşısında inanılmaz dözümlülük nümayiş etdirdi – bu haqda Moldovanın Prezidenti Maia Sandu Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl bildirib.
Sandunun dediyi kimi, hər şeyə baxmayaraq, Moldova xalqı demokratiyanı, azadlığı və Avropalı gələcəyi seçdi.
“Mən bu gün Avropa İttifaqının liderləri ilə Moldovada mövcud vəziyyət və Moldovanın demokratiyasını daha yaxşı qorumaq üçün institutlarımızı gücləndirmək məqsədilə daha çox dəstəyə ehtiyacımızın olması faktı barədə danışmaq üçün buradayam. Biz moldovalılar rus pulu ilə deyil, Moldova üçün qərarları özümüz vermək istəyirik. Moldovanın Avropa İttifaqına yolu təkcə Moldova üçün deyil, qitədə sabitlik və təhlükəsizlik üçün mühümdür. Biz hamımız azadlıq və demokratiya uğrunda mübarizəni davam etdirməliyik. Avropa İttifaqında gələcəyimiz bizim üçün əsas vəzifədir” – Sandu bildirib.