Maia Sandu – Moldova, bizim dəyərli evimiz, təhlükə qarşısındadır, mən səsimi elə bir parlamentə verdim ki, onunla birlikdə biz sülhü qoruya bilək
Maia Sandu – Moldova, bizim dəyərli evimiz, təhlükə qarşısındadır, mən səsimi elə bir parlamentə verdim ki, onunla birlikdə biz sülhü qoruya bilək

Moldova prezidenti Maia Sandu ölkədə keçirilən parlament seçkilərində öz mövqeyini artıq seçki məntəqəsində bildirib. Onun sözlərinə görə, bu gün seçkilərdə hər bir vətəndaşın iştirakı vacibdir.

“Mən səsimi elə bir parlamentə verdim ki, onunla birlikdə sülhü qoruya bilək – Moldovanı və onun vətəndaşlarını hörmətlə yanaşan parlamentə, elə bir parlamentə ki, onunla birlikdə Avropa Moldovasının quruculuğunu davam etdirə bilək. Əziz vətəndaşlar, hamınızı səsləyirəm ki, gedib səs verəsiniz. Moldova, bizim dəyərli evimiz, təhlükə qarşısındadır və sizə ehtiyacı var. Bu gün səsinizlə onu xilas edə bilərsiniz, sabah gec ola bilər. Sizin səsiniz ölkəmizin taleyini həll etməlidir, satın alınmış səslər yox. Gəlin, dünyaya göstərək ki, Moldova Respublikası yalnız böyük ürəyə sahib kiçik bir ölkə deyil, həm də elə bir ölkədir ki, xalqı öz vətənini satmır”, – deyə Maia Sandu səsvermədən sonra bildirib.

Qeyd edək ki, Moldovada parlament seçkiləri keçirilir. Seçkilərdə beş partiya, dörd koalisiya və dörd müstəqil namizəd iştirak edir. Onlar 101 nəfərlik parlamentdə çoxluğu – yəni 51 yeri əldə etməyə çalışacaqlar. İlkin sorğular göstərir ki, əsas rəqabət iki siyasi qüvvə arasında olacaq – hazırkı prezident Maia Sandunun Avropayönlü “Fəaliyyət və Həmrəylik Partiyası” ilə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi prorus “Patriot Bloku” arasında.