Maia Sandu - Moldova azadlıq, demokratiya və Avropalı gələcək üçün mübarizə aparan bütün gürcüləri dəstəkləyir
Moldova azadlıq, demokratiya və Avropalı gələcək üçün mübarizə aparan bütün gürcüləri dəstəkləyir – bu haqda Moldovanın Prezidenti Maia Sandu sosial şəbəkədə yazır.
Sandu qeyd edir ki, o, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə danışıb.
“Gürcüstandakı seçkilərdən sonra prezident Salome Zurabişvili ilə danışdım. Moldova azadlıq, demokratiya və Avropalı gələcək üçün mübarizə aparan bütün gürcüləri dəstəkləyir” – Maia Sandu yazır.
Xatırladaq ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-nə planlaşdırılır. Oktyabrın 20-də keçirilən seçkilər nəticəsində seçicilərin 42 faizi hazırkı prezident Maia Sanduya, 26 faizi isə onun əsas rəqibi Aleksandr Stainoqloya səs verib.