Maia Bitadze Fransanın səfiri ilə görüşüb
Mədəniyyət naziri Maia Bitadze Fransa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Olivie Kurto ilə görüşüb.
Mədəniyyət Nazirliyinin məlumatında, görüşdə tərəflərin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri haqda danışdıqları deyilir.
“Nazir Gürcüstan hökuməti tərəfindən gürcülərin Levil mülkündə həyata keçirilən bərpa layihəsi başa çatdıqdan sonrakı mərhələyə və gürcü-fransız mədəni-maarif tədbirlərinin təşkil olunmasının əhəmiyyətinə diqqət yönəldib.
Görüşdə kino, ədəbiyyat, arxeologiya və muzeylər istiqamətində uğurlu əməkdaşlıq layihələrini və münasibətlərin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər” – Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Mədəniyyət Nazirliyində keçirilən görüşdə nazir müavini Natia Şamatava, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zurab Bakuradze, Fransa İnstitutunun direktoru, Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Salome Qeorqiyev iştirak edirdilər.