Maia Bitadze - Bu, insanlara qarşı zorbalıq və alçaltmanın yeni dalğasını qaldırmaq cəhdidir, bu insanlar başa düşə bilmirlər ki, zorbalıq bütün Gürcüstan üçün qəbuledilməzdir
Bu, insanlara qarşı zorbalıq və alçaltmanın yeni dalğasını qaldırmaq cəhdidir, bu insanlar başa düşə bilmirlər ki, zorbalıq bütün Gürcüstan üçün qəbuledilməzdir – bu haqda parlamentin ətraf mühitin mühafizəsi komitəsinin sədri Maia Bitadze bildirib.
Bitadze dünən baş verən hadisəyə münasibət bildirib. Dünən sosial şəbəkədə Vato Şakarişvili ilə “Mtavari Arxi”nin jurnalisti Qiorqi Mamniaşvili arasında baş verən insidenti əks etdirən video material yayıldı. Jurnalist Vato Şakarişvili və Qoqa Xaindravanı fiziki təhqirdə ittiham edir. Qiorqi Mamniaşvili polis bölməsində ifadə verib. Bununla yanaşı, “Vahid Neytral Gürcüstan” hərəkatının nümayəndəsi Vato Şakarişvilinin insidentlə bağlı dediyi kimi, Qoqa Xaindrava ilə Kaşuetidən çıxıb, elə bu vaxt telefona sarılmış Mamniaşvili onlara yaxınlaşıb və “qul” deməyə başlayıb.
“Təəssüf ki, biz görürük ki, bu, insanlara qarşı zorbalıq və alçaltmanın yeni dalğasını qaldırmaq cəhdidir. Sonra onlar cavab reaksiyasını görəndə, nədənsə, bu, insan hüquqlarının pozulması kimi qəbul edilir. Bu insanlar başa düşə bilmirlər ki, aylardır onlar tərəfindən aparılan dırnaqarası daxili teror – insanlara qarşı zorbalıq bütün Gürcüstan üçün qəbuledilməzdir. Onlara belə hərəkətlərin başını buraxmağı tövsiyə edirəm, çünki bu, ən çox onlara zərər vurur” – Bitadze bildirib.