"MagtiCom" mobil və sabit internet xidmətlərində yaranan nasazlıqla əlaqədar bəyanat yayır
“MagtiCom” mobil və sabit internet xidmətlərində yaranan nasazlıqla əlaqədar bəyanat yayır.
“Yanvarın 27-də “MagtiCom”un mobil və sabit internet xidmətlərində nasazlıq qeydə alınıb. Nəzərinizə çatdırırıq ki, “MagtiCom”un Gürcüstana internet bağlantısı Avropadan sığortalı kanallar vasitəsilə həyata keçirilir. Yanvarın 27-də Türkiyədə ziyan qeydə alınıb, güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbilə tərəfdaş şirkətin texniki qruplarının ziyanın qeydə alındığı nöqtəyə gedib çıxması mümkün olmur.
Ehtiyat əsas kanalına dəyən ziyana gəlincə, yanvarın 27-də saat 21:21-də Gürcüstan tərəfdən Acara ərazisində 3 nöqtədə şübhəli ziyan qeydə alınıb (məlumat hüquq-mühafizə orqanlarına verilib). Problemlərin aradan qaldırılması üçün “MagtiCom”un texniki qrupu fövqəladə iş rejimində çalışıb və yanvarın 28-i saat 01:54-də hər üç nasazlıq tam şəkildə aradan qaldırılıb. Yaranmış narahatlığa görə üzr istəyirik” – “MagtiCom”un bəyanatında qeyd olunub.