Mağarada qalan Taylandlı uşaqların çıxarılması əməliyyatı başladı

Taylandda, mağarada qalan uşaqların və onların məşqçisinin çıxarılması əmliyyatı başladı. Mətbuat konfransında Tayland hakimiyyəti nümayəndələrinin bəyan etdiyinə görə, xilasedicilər mağaraya bir neçə saat bunda əvvəl daxil oldular.

Ona qədər, mağara həndəvərindən bütün yardımçı personalı çıxardılar. Orada yaılnız dalğıclar, həkimlər və hərbiçilər qaldılar.

Xilasedici əməliyyatda cəmi 13 əcnəbi və 5 yerli dalğıc iştirak edir.

Hakimiyyət nümayəndələrinin bəyan etdiyinə görə, mağaradan uşaqların çıxarılmasına bir neçə saat lazım gələcək.

İlk xilas olanları xilasedicilər güman edildiyinə görə, Tbilisi vaxtı ilə saat 8-də çıxaracaqlar.