Madridin mərkəzində tikilməkdə olan bina çöküb, üç nəfər xəsarət alıb
Madridin mərkəzində tikilməkdə olan bina çöküb. Üç nəfər xəsarət alıb. Hadisə Opera binasının yaxınlığında baş verib. Ərazidə axtarış-xilasetmə işləri aparılır, təcili yardım briqadaları və polis hadisə yerinə cəlb olunub.
İspaniya mediasının məlumatına görə, binanın konstruksiyasının altı mərtəbəsi çöküb. Ehtimal olunur ki, dağıntılar altında ən azı bir nəfər qalmış ola bilər.
Verilən məlumatlara əsasən, xəsarət alanlar işçilərdir. Onlardan biri ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.