Madridin mərkəzində minlərlə fermer etiraz aksiyası keçirib
Madridin mərkəzində minlərlə fermer etiraz aksiyası keçirib

 

Madridin mərkəzində minlərlə fermer etiraz aksiyasına traktorlarla çıxıb.

İspaniyalı fermerlər Avropa İttifaqının MERCOSUR ölkələri, konkret olaraq Argentina, Braziliya, Paraqvay və Uruqvayla ticarət razılaşmasına etiraz edirdilər. Fermerlər hesab edirlər ki, bu razılaşma ilə ucuz kənd təsərrüfatı məhsullarının idxalı artacaq, bu da yerli malın ucuzlaşmasına səbəb olacaq.

Madrid hakimiyyəti bildirib ki, nümayişdə 367 traktor və təxminən 2500 nümayişçi iştirak edirdi.

Aksiyanın iştirakçıları əllərində “İspaniyanın kəndləri satılmır” yazısı olan bannerlər tutmuşdular.

İspaniyanın Baş naziri Pedro Sançez razılaşmanı Avropa üçün “qeyri-adi hadisə” adlandırıb və qeyd edib ki, yerli fermerlər zərər görsələr, onlar təzminat alacaqlar.