Madriddə tikilməkdə olan binanın çökməsi nəticəsində dörd nəfər həlak olub
Madriddə tikilməkdə olan çoxmərtəbəli binanın çökməsi nəticəsində dörd nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bu barədə məlumatı “Deutsche Welle” yayır.
Medianın məlumatına əsasən, həlak olanlar Mali, Qvineya və Ekvadordan işləmək üçün gələn işçilərdir.
Onlar, binada restavrasiya işlərinin getdiyini bildiriblər. Hadisə baş verən zaman ərazidə 40-a yaxın insan işləyirmiş.
Binanın uçmasının səbəbinin müəyyən edilməsi üçün istintaq başladılıb.