Madriddə, restoranların birində baş verən yanğın nəticəsində iki nəfər öldü, on nəfər xəsarət aldı

15:05, 22.04.2023

Madriddə, restoranların birində baş verən yanğın nəticəsində iki nəfər öldü, on nəfər xəsarət aldı. Bu barədə İspaniya mediası məlumat yayır.

Yayılan əlumata görə, yanğın ofisiantın xüsusi yanan alətlə deserti bəzəmək istəməsindən sonra əmələ gəldi və şahidlərin dediyinə görə, nəticədə tavan partladı. Lakin polis yanğının əmələ gəlməsinin başqa mənbələrinə də istisna etmir.

Təcili tibbi yardım xidmətinin məlumatına görə, müsafirlər qaçmağa çalışarkən çıxışda daha bir yanğın ocağı əmələ gəldi. Ölənlərdən biri restoranın əməkdaşıdır.

Oxşar