Madridin şəhərətrafında, bank filiallarının birində, silahlı şəxs girovlar götürdü. Bu haqqda məlumatı “Fox News” teleşirkəti İspaniya polisinə istinadən yayır.
Teleşirkətin yaydığı məlumata görə, hazırda “Bankia” ofisi yanına polis səfərbər olunub. Həndəvər küçələr bağlanıb və hüquqmühafizəçilər silahlı şəxslə danışıqlar aparmağa çalışırlar.
Müəyyənləşdirilməmiş şəxs bankda pul tələbi ilə girovları, yerli vaxtla saat 10:00-da götürdü