Lyublyana küçəsində tikilməkdə olan binadan iki nəfər yıxılıb
Lyublyana küçəsində tikilməkdə olan binadan iki nəfər yıxılıb

Tbilisinin Lyublyana küçəsində tikilməkdə olan binaların birindən iki nəfər yıxılıb.

Onların tikinti işlərinə cəlb edildiyi bildirilir.

Gürcüstanın Birinci Kanalının İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi 112-yə verdiyi məlumata görə, təcili yardım qrupları yaralılardan birini Ğuduşauri klinikasına, digərini isə Milli Cərrahiyyə Mərkəzinə çatdırıb.

Məlumata görə, Milli Cərrahiyyə Mərkəzinə yerləşdirilən şəxsin vəziyyəti nisbətən ağır olub və o, klinikada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin tikinti zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 1-ci hissəsi ilə araşdırmalara başlanılıb.