Luka Exvaia Prezident Administrasiyasının rəhbəri təyin edilib

18:32, 14.09.2026

 

Luka Exvaia Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, Luka Exvaia müxtəlif vaxtlarda Gürcüstan Prezidentinin müşaviri və xarici məsələlər üzrə köməkçisi vəzifələrini tuturdu.

Luka Exvaia beynəlxalq münasibətlər üzrə tədqiqatçı və mütəxəssisdir. O, Qafqaz Universitetinin Dövlət İdarəçiliyi Məktəbində beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi, Boloniya Universitetində isə Siyasi Elmlər Fakultəsində magistr dərəcəsi alıb.

Luka Exvaia həmçinin Leypsiq Universitetinin Humanitar və Sosial Elmlər doktorantura proqramının Qlobal və Regionşünaslıq Tədqiqatları istiqaməti üzrə doktorantı, daha sonra isə Qafqaz Beynəlxalq Universitetində siyasi elmlər üzrə doktorant olub.

Oxşar