Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri bəyan edir ki, ruslar Luqanskdan da qaçırlar

10:56, 11.09.2022

Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri, Sergey Qaydaya bəyan edir ki, ruslar Luqanskdan da qaçırlar.

“Sabah bütün Luqansk vilayətini azad edəcəyimizi gözləməməliyik. Amma irəliləyiş böyükdür. Döyüş kifayət qədər ağırdır, lakin işğalçılar bütün yaşayış məntəqələrindən qaçırlar. Yaxın gələcəkdə, bəlkə də sabah biz Svatovo, Kremennaya, Rubijnoedən möhtəşəm xəbərlər eşidəcəyik”, – Qayday bəyan edir.

Qaydayın sözlərinə görə, gün ərzində həm orada olanların, həm də onların təyin etdiyi məmurların qaçması ilə bağlı administrasiyaya məlumat daxil olub.

“Onlar təkcə Svatovo, Starobelsk, Troitskdən deyil, həm də əşyalar yığaraq 2014-cü ildən işğal altında olan Ukraynanın Luqansk vilayətinin şəhərlərini – Alçevsk və Luqanskı tərk edir, həmçinin əşyalar yığaraq ailələrini Rusiyaya göndərirlər”, – Qayday bəyan etdi.

Qaydayın dediyinə görə, işğal olunmuş Luqansk vilayətini tərk etmək istəyənlərin xətləri bir neçə kilometrə qədər uzanır. O, həmçinin qeyd etdu ki, dünən işğal altındakı Kremennayada partizanlar administrasiya binasına Ukrayna bayrağını ucaltdılar.

Oxşar