Lufthansa əməkdaşları Almaniyada maaşların artırılması tələbi ilə tətilə çıxıblar və yüzlərlə reys ləğv edilib
Lufthansa əməkdaşları Almaniyada maaşların artırılması tələbi ilə tətilə çıxıblar və yüzlərlə reys ləğv edilib

Lufthansa əməkdaşları Almaniyada maaşların artırılması tələbi ilə tətilə çıxıblar və yüzlərlə reys ləğv edilib.

Bu barədə Deutsche Welle məlumat yayıb.

Məlumata görə, tətil yerli vaxtla gecə saat 22:00-da başlayıb və 24 saat davam edəcək.

Təxminən 20 000 stüardessa və stüard tətilə qoşulub. Səbəb əməkhaqqı ilə bağlı danışıqlarda yaranan dalan vəziyyətidir.

Bu, cari ildə Lufthansa əməkdaşlarının üçüncü genişmiqyaslı tətilidir.

Tətil xüsusilə Münhen, Frankfurt, Berlin və Ştutqart hava limanlarına təsir göstərib.

Frankfurtda planlaşdırılan 350 reysdən təxminən 75%-i ləğv olunub.

Aviaşirkət sərnişinlərə hava limanına getməzdən əvvəl reyslərinin statusunu yoxlamağı tövsiyə edib.