Lubliana küçəsində Tenqiz Tsertsvadze adına İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin yeni binasının açılışı oldu
Tenqiz Tsertsvadze adına İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktiki Mərkəzinin təntənəli açılışı oldu. Tibb mərkəzi Diğomidə, Lubliana küçəsi N70 yerləşir.
Gürcüstanın Səhiyyə Nazirliyi, 11 mərtəbəli binanın müasir standartlara uyğun təşkil edildiyi haqda məlumat verir. Klinika ultra müasir laboratoriyalar, pletizmoqraf, kompüter tomoqrafiyası, ultrasəs, rentqenoloji tibbi avadanlıqlarla təchiz olunub və ixtisaslı tibb personalı xidmət göstərir.
Qurumun məlumatında, gələcəkdə onun ən müasir maqnit rezonans avadanlığı ilə təchiz edilməsinin planlaşdırıldığı deyilir. Yeni infeksion xəstəxanası 83 çarpayılıqdır. Yeni binada klinikaya təxirəsalınmaz yardımın ambulator şöbəsi əlavə edilib. Pasiyentlərin bütün zəruri və məcburi müayinələri yerindəcə keçirmək imkanı var. Ümumilikdə klinikada 352 işçi çalışır. Klinikanın adı 2024-cü ildə baş direktor, professor Tenqiz Tsertsvadzenin dünyasını dəyişməsindən sonra dəyişdirildi və ona Tenqiz Tsertsvadze adına İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktiki Mərkəzi adı verildi.
Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının əsası 1953-cü ildə qoyulub. 1989-cu ildə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasında QİÇS şöbəsi yaradıldı və Tenqiz Tsertsvadze onun rəhbəri təyin edildi. 2001-ci ildə klinika İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktiki Mərkəzi adlandırıldı və Tenqiz Tsertsvadze onun baş direktoru oldu. O, ömrünün sonuna kimi müəssisəyə rəhbərlik edirdi.
Tenqiz Tsertsvadze adına İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin yeni binasının açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iştirak edirdi.