Loyd Ostin – Putinin müharibəsi NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir

14:09, 22.04.2023

Putinin müharibəsi NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir, – bu barədə Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi, Loyd Ostin Ukrayna təmas qrupunun başa çatmasından sonra bəyan etdi.

Ostinin dediyinə görə, Putin Ukraynaya müdaxilə zamanı bir sıra səhv hesablamalar etdi.

“Putin düçünürdü ki, Ukrayna mübarizə aparmayacaqdı. Lakin Ukrayna partnyorlarının yardımı ilə möhkəm durur. O, düşünürdü ki, birliyimiz dağılacaqdı. Lakin Rusiyanın seçimi olan qəddar müharibə, bizi yalnız yaxınlaşdırdı. Finlandiya burada bir üzv kimidir. Ümid edirik İsveş də tezliklə bizə qoşulacaq. Bu isə, açıq aydın göstərir ki, Putinin seçdiyi müharibə NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir”, – Amerika Müdafiə katibi bəyan etdi.

Oxşar