Loyd Austin - ABŞ İsrailin özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edəcək
Loyd Austin - ABŞ İsrailin özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edəcək

ABŞ İsrailin özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edəcək, – ABŞ müdafiə naziri Lloyd Austin deyib.

“Mən İsraildəki hadisələri diqqətlə izləyirəm. İsrailin hüquqlarına sadiqliyimiz sarsılmaz olaraq qalır və hücumda həlak olanların ailələrinə başsağlığı veririk. Yaxın günlərdə Müdafiə Nazirliyi İsrailin özünü və mülki əhalisini istənilən zorakılıq və terrorizmdən qorumaq üçün lazım olan hər şeyə sahib olmasını təmin etməyə çalışacaq”, Lloyd Ostin bildirib.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Medianın məlumatına əsasən, “Həmas” terror qruplaşmasının hücumu nəticəsində İsraildə azı 40 nəfər ölüb, 740 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.