Los Ancelesin Polis Departamentində, komendant saatına baxmayaraq nümayişçilərin qruplarının dağılmamasından sonra şəhərdə kütləvi saxlanılmaların başlanıldığını bildirirlər
Los Ancelesin Polis Departamentində, komendant saatına baxmayaraq nümayişçilərin qruplarının dağılmamasından sonra şəhərdə kütləvi saxlanılmaların başlanıldığını bildirirlər

 

Los Ancelesin Polis Departamentində, komendant saatına baxmayaraq nümayişçilərin qruplarının dağılmamasından sonra şəhərdə kütləvi saxlanılmaların başlanıldığını bildirirlər.

“Bu qruplara cavab verilir və kütləvi saxlanılmalar başlayıb” – Los Ancelesin Polis Departamentinin bəyanatında deyilir.

Bunadək, komendant saatı tətbiq edilənə qədər, polis onlarla insanın saxlanıldığını bildirib.

Los Ancelesin mərkəzi rayonunda, miqrasiya reydlərinə qarşı nümayişin keçirildiyi ərazidə komendant saatı elan edilib. Şəhərin meri Karen Bass bildirib ki, komendant saatı yerli vaxtla axşam saat 20:00-dan səhər saat 06:00-a qədər qüvvədə olacaq və ehtimal ki, bir neçə gün boyunca davam edəcək. Komendant saatı bir kvadrat mil ərazini əhatə edəcək. Karen Bass, bu tədbirin vandalizmin qarşısını almaq məqsədi daşıdığını deyib.

Kaliforniyada cümə günündən bəri İmmiqrasiya İcraatı Xidmətinin reydlərinə qarşı nümayişlər davam edir. İğtişaşlar fonunda ABŞ Prezidenti Donald Tramp ötən həftənin sonunda Milli Qvardiyanın bölmələrini Los-Ancelesə göndərmək qərarını qəbul etdi. Daha sonra ABŞ-nin ən azı on şəhərində etiraz çıxışları başladı.