Los-Ancelesdə NBC News telekanalına məxsus helikopterin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub
Los-Ancelesdə NBC News telekanalına məxsus helikopter qəzaya uğrayıb, üç nəfər həlak olub. Bu barədə BBC yazır.
Los-Anceles Yanğınsöndürmə Departamentinin məlumatına görə, helikopter yerli vaxtla təxminən saat 19:00-da qəzaya uğrayıb. Məlumata əsasən, bir nəfər yerli xəstəxanaya çatdırılıb. Onun səhhətinin vəziyyəti hazırda məlum deyil.
NBC Los Angeles telekanalı qəzaya uğrayan helikopterin onlara məxsus olduğunu təsdiqləyib. Hadisə zamanı helikopter Çetsvort rayonunda olub. Telekanalın jurnalistləri həmin ərazidə baş verən avtobus qəzasını işıqlandırıblar.
Los-Anceles Polis Departamentinin açıqlamasına görə, helikopterdə neçə nəfərin olduğu hələlik məlum deyil.