Los-Ancelesdə komendant saatı başlamazdan əvvəl polis onlarla şəxsi saxlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər
Los-Ancelesdə etiraz aksiyası artıq altı gündür davam edir. Ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşmalar yaşanıb. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
“CNN” yazır ki, Los-Ancelesin mərkəzi hissəsində komendant saatı başlamazdan əvvəl onlarla şəxsi saxlayıblar.
Mərkəzi hissədə artıq ikinci gecədir komendant saatı tətbiq olunur və yerli vaxtla axşam səkkizdən səhər altıya qədər qüvvədədir. Bununla əlaqədar Los-Ancelesin meri Karen Bas qərarın vandalizm və talanın dayandırılması üçün verildiyini bildirib.