Los-Ancelesdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında toqquşmalar baş verib, etirazçılara qarşı bibər topları, bibər spreyi və gözyaşardıcı qazdan istifadə ediblər
Los-Ancelesdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında toqquşmalar baş verib, etirazçılara qarşı bibər topları, bibər spreyi və gözyaşardıcı qazdan istifadə ediblər.
“CNN”in yazdığı kimi, Milli Qvardiyanın üzvləri ilə aksiya iştirakçıları arasında da toqquşmalar baş verib. Milli Qvardiyanın üzvləri aksiyanın iştirakçılarına qarşı dəyənəklərdən istifadə ediblər. Xəsarət alanlar və ya saxlanılanlar barədə hələlik məlumat yayılmır.
Aksiyanın iştirakçıları “Donald Tramp, miqrantlar burada arzuolunandır” şüarları səsləndirirdilər.
Xatırladaq ki, Donald Trampın əmri ilə iyunun 8-də Los-Ancelesə Milli Qvardiyanın 2000 üzvünü yerləşdiriblər. İğtişaşlar İmmiqrasiya Xidməti tərəfindən sənədsiz miqrantlara qarşı reydlər aparılmasından sonra baş verdi. Toqquşmalar həmçinin Los-Anceles şəhərində, eləcə də ətraf yaşayış məntəqələrində – Paramaunt və Komptonda baş verib. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atıblar. Aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə ediblər. Son iki gün ərzində 118 nəfər saxlanılıb. Xəsarət alanlar barədə məlumatlar yayılır.
Öz növbəsində, Kaliforniyanın qubernatoru Tramp administrasiyasının immiqrasiya siyasətini tənqid edib.