Los-Anceles bölgəsində yeni yanğın ocağı yaranıb, bu səbəbdən 30 min insanın təxliyə edilməsinə dair əmr verilib

19:29, 23.01.2025

 
Los-Anceles bölgəsində sürətlə yayılan yanğının yeni ocağı yaranıb. Yanğın təhlükəsi səbəbilə 30 min insanın təxliyə edilməsinə dair əmr verilib.

Yanğın Los-Anceles şəhərindən 70 kilometr şimal-qərbdə, bir neçə yaşayış məntəqəsi və məktəblə həmsərhəd olan dağlıq ərazidə baş verib.

Bu vaxtadək heç bir ev və biznesə ziyan dəyməyib və rəsmi şəxslər yanğının nəzarət altına alınacağına ümid etdiklərini deyiblər.

Yanğın zonasında küləyin sürəti təxminən 30-50 km/saat olub və daha da güclənəcəyini istisna etmirlər.

Oxşar