Londonun fond birjasında bugünki gün Gürcüstana həsr olunur

17:28, 12.10.2018
Londonun fond birjasında bugünki gün Gürcüstana həsr olunur, ticarət gününü Gürcüstanın baş naziri Mamuka Baxtadze açdı.

Dövlət başçısına ev sahibliyini London fond birjasının direktoru Naxil Rathi etdi.

Mamuka Baxtadzenin bəyanatına əsasən,  Londonun fond birjasında dünyanın ən böyük investorları iştirak edirdilər və bu çox yaxşı imkandır ki, onları Gürcüstanın investisiya mühiti ilə tanış edək.

Baş nazirin press xidmətinin məlumatına əsasən, Londonun fond birjasının direktoru Gürcüstan şirkətləri ilə uğurlu əməkdaşlıq barədə danışdı.

London fond birjasında bu gün “Gürcüstan-investorlar günü” konfransı keçirilir. Galt&Taggart şirkəti tərəfindən təşkil olunmuş tədbirdə 130-a yaxın böyük şirkətlərin nümayəndələri iştirak edirlər.

 

Oxşar