Londondan Sinqapura gedən "Turkish Airlines"-ın sərnişinində koronavirus təsdiq olundu
“Turkish Airlines” aviaşirkətinin sərnişinlərindən birində koronavirus təsdiq olundu. Bu barədə məlumatı “Reuters”agentliyi yayır.
Virusa yoluxan Fransa vətəndaşıdır. O, Londondan Sinqapur istiqamətinə uçurdu.
Qeyd olunan hadisəyə görə, “Turkish Airlines” aviaşirkəti təyyarəsi İstanbula sərnişinlərsiz qayıtdı. Ekipaj üzvləri isə, təhlükəsizlik məqsədi ilə 14 günlük karantinə yerləşdiriləcəklər.
Yayılan məlumata görə, göyərtədə 143 sərnişin, pilot və ekipajın 10 üzvü var idi.