Londonda Ukraynaya dəstək üçün xarici işlər nazirləri səviyyəsində bu gün görüş keçiriləcək
Londonda Ukraynaya dəstək üçün xarici işlər nazirləri səviyyəsində bu gün görüş keçiriləcək və görüşdə Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və Avropa İttifaqından diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər.
Britaniyanın xarici işlər naziri Devid Lam bildirib ki, “üzləşdiyimiz çağırışlar təkcə Ukraynanın gələcəyinə aid deyil, o, Avropa üçün də ekzistensialdır”.
Britaniyanın Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etməyi planlaşdırdığı barədə də məlumat yayılır.
Qeyd edilməlidir ki, mayın 19-da Londonda Avropa İttifaqı-Birləşmiş Krallıq sammitinin keçirilməsi planlaşdırılır. Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqına üzv ölkələrin liderlərini, eləcə də Avropa Komissiyasının prezidentini və ali komissarı qəbul edəcək. Tərəflər yeni müdafiə razılaşması bağlayacaqlar.