Londonda sinaqoqun yaxınlığında naməlum şəxslər yəhudi könüllü təşkilatına məxsus dörd təcili yardım avtomobilini yandırıblar
Londonda sinaqoqun yaxınlığında naməlum şəxslər yəhudi könüllü təşkilatına məxsus dörd təcili yardım avtomobilini yandırıblar

Londonda sinaqoqun yaxınlığında naməlum şəxslər yəhudi könüllü təşkilatına məxsus dörd təcili yardım avtomobilini yandırıblar. Polis hadisəni antisemit akt kimi qiymətləndirir. Bu barədə CNN məlumat yayıb.

Mediaya görə, yanğının söndürülməsi üçün hadisə yerinə altı yanğınsöndürən maşın və təxminən 40 yanğınsöndürən cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.

London polisi təsdiqləyib ki, insident antisemit cinayət kimi araşdırılır. Üç nəfər şübhəli hesab olunur, lakin onlar hələ saxlanılmayıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer hadisəni “şokedici” adlandırıb və bildirib ki, antisemitizmin Britaniya cəmiyyətində “yeri yoxdur”.

Yandırılan avtomobillər Hatzola adlı yəhudi könüllü təşkilatına məxsusdur. Bu təşkilat əhaliyə pulsuz təcili tibbi yardım göstərir və xəstələri xəstəxanaya çatdırır.