Londonda rus kəşfiyyat xidmətlərinə yardım ittihamı ilə üç kişini saxlayıblar
Londonda rus kəşfiyyat xidmətlərinə yardım ittihamı ilə üç kişini saxlayıblar. Metropoliten polisinin verdiyi məlumata əsasən, 48, 45 və 44 yaşlı kişiləri qərbi və mərkəzi Londonda saxlayıblar.
Onlar, hazırda qeyd olunan ünvanlarda axtarış aparıldığı haqda məlumat verirlər.
“Biz görürük ki, xarici kəşfiyyat xidmətləri getdikcə daha çox insanı işlə təmin edirlər. Bu həbslər birbaşa bu cür fəaliyyətin qarşısını almağa yönəlmiş davamlı səylərimizlə əlaqəlidir” – Londonun Antiterror Polisinin rəisi Dominik Merfi bildirib.
“Reuters”in məlumatına əsasən, həbslər prokurorlara casusluqda şübhəli bilinənləri daha geniş şəraitdə mühakimə etməyə imkan verən 2023-cü ildə qəbul edilən Milli Təhlükəsizlik haqda qanun çərçivəsində həyata keçirilib.