Londonda NATO-nun Parlament Assambleyasının 65-ci sessiyası plenar iclasla bağlanacaq
NATO-nun Parlament Assambleyasının 65-ci sessiyası Londonda bu gün bağlanacaq. Payız sessiyasının plenar iclasında 29 üzv dövlətin və 12 aspirant ölkənin parlament nümayəndə heyətinə NATO-nun Parlament Assambleyasının prezidenti, Medlin Mun Tbilisi vaxtı ilə saat 12:00-da müraciət edəcək.
Medlin Mun Gürcüstanın Birinci Kanalının jurnalistinə bəyan etdi ki, onun çıxışı mütləq Gürcüstana səfərinə aid olacaq.
Plenar iclasa NATO-nun baş katibi, Yens Stoltenberq qoşulacaq.
Çıxışlardan sonra sual-cavab rejimi nəzərdə tutulub.