London polisi Kir Starmerlə əlaqəli evlərin yaxınlığında yanğın törətməkdə şübhəli bilinən 21 yaşlı kişini saxlayıb
London polisi Kir Starmerlə əlaqəli evlərin yaxınlığında yanğın törətməkdə şübhəli bilinən 21 yaşlı kişini saxlayıb

London polisi 21 yaşlı bir şəxsi saxlayıb, o, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə əlaqəli evlərin yaxınlığında yanğın çıxarmaqda şübhəli bilinir. Bu barədə məlumatı “BBC” yayıb.

Mətbuatın məlumatına görə, ilk insident keçən həftə baş verib. Yanğınsöndürənlər avtomobil yanğınını söndürmək üçün çağırılıb – avtomobil həmin küçədə yerləşirdi, harada ki, Kir Starmerin evi də yerləşir.

Həftənin sonunda fövqəladə xidmətlər İslinqton rayonuna çağırılıb, burada Starmerlə əlaqəli binanın girişində yanğın baş verib. Üçüncü yanğın isə Londonda yerləşən Britaniya Baş nazirinin şəxsi evində qeydə alınıb. Yanğınsöndürmə xidməti alovu 20 dəqiqə ərzində söndürə bilib.

Polisin verdiyi məlumata görə, hadisələrin heç birində xəsarət alan olmayıb. İstintaqçılar bütün yanğınları şübhəli hesab edir və onların bir-biri ilə əlaqəsinin olub-olmadığını araşdırırlar.