Londa Toloraia - Bugün Tbilisinin müxtəlif yerlərində 30-a qədər aksiya iştirakçıları həbs edildi
Bugün Tbilisinin müxtəlif yerlərində 30-a qədər aksiya iştirakçıları həbs edildi, – bu barədə məlumatı Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Qorunması Departamentinin rəhbəri Londa Toloraia verdi.
Onun dediyinə görə, həbs edilənlərin bir hissəsi inzibati qayda ilə həbs edildi, digəri isə, sorğulanmaq üçün polis şöbəsinə aparıldı.
Bir neçə saat bundan əvvəl parlamentin və “Azadlıq” metrosunun yanında “Gürcü Marşı” və “Gürcü Missiyası”-nın üzvləri həbs edildilər.
Yayılan məlumata görə, onlar dövlət dəftərxanasınn binasına çıxmağa çalışırdılar.
Qrupun üzvləri Giorgi Qabedava, Quram Palavandişvili və Gia Korkotaşvili sorğulanmaq üçün polis şöbəsinə aparıldılar.