Lomtatidze küçəsində qətl törətməkdə ittihamı ilə daha bir nəfəri yaxaladılar
Lomtatidze küçəsində qətl törətməkdə ittihamı ilə daha bir nəfəri yaxaladılar

Daxili İşlər Nazirliyi fevralın 4-də Tbilisidə, Çola Lomtatidze küçəsində qətl törətməkdə ittihamı ilə daha bir nəfəri yaxaladılar

“Hüquqmühafizəçilər ağırlaşdırıcı vəziyyətdə qəsdən qətl, odlu sılahın və partlayıcı maddənin qanuna qarşı əldə etmə-saxla-gəzdirmə ittihamı ilə, 1994-cü il təvəllüdlü Q.Ç-nı yaxaladılar.

İstintaq müəyyən etdi ki, L.K. müşaiət edən şəxslə – Q.Ç. ilə birlikdə, cari ilin fevralın 4-də, Tbilisidə, Çola Lomtatidze küçəsində, qisas almaq məqsədi ilə, tanış 1980-ci il təvəllüdlü D.K.-ya avtomat odlu silahından atəşlə çoxsaylı yaralar yetirdi. Nəticədə isə o, yerindəcə həlak oldu. İttiham olunan hadisə yerindən gizləndi. Hüquqmühafizəçilər hər ikisini hadisədən bir neçə saat sonra, 1988-ci il təvəllüdlü L.K.-nı Tbilisidə, 1994-cü il təvəllüdlü Q.Ç-nı Kaspi rayonunun Ağayan kəndində yaxaladılar.

İstintaq Gürcüstan CM-nin 109 maddəsinin 2-ci hissəsinin “e” bəndi və 236-cı maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır və 13-dən 17 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.