Lloyd Ostin Kiyevə 500 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqladı

17:07, 09.01.2025

 
ABŞ-ın müdafiə katibi Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşünün keçirildiyi Ramştayn aviabazasında Kiyevə 500 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqladı. Yardıma Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər, eləcə də daha çox mərmi və “F-16” qırıcıları üçün avadanlıq daxildir.

“Burada, Ramştaynda Ukraynanın azad və təhlükəsiz yaşaması və daha ədalətli, ləyaqətli dünya yaratmaq üçün mümkün olan hər şeyi etməkdə qərarlıyam. Bizim birgə işimiz davam etməlidir” – Pentaqonun rəhbəri bildirib.

Bu, Bayden administrasiyası üçün “Ramştayn” formatında sonuncu görüşdür. Lloyd Ostinin görüşdə bəyan etdiyi kimi, Ukraynada genişmiqyaslı müharibənin nəticələri hamı üçün vacibdir, çünki Putin Ukraynanı udsa, iştahı yalnız artacaq və bu, daha çox zorakılıqla nəticələnəcək. Ona görə də müttəfiqlər buna imkan verməməlidirlər.

Oxşar