Lloyd Ostin gözlənilməz səfərlə Kiyevə gedib

11:47, 21.10.2024

 
Lloyd Ostin gözlənilməz səfərlə Kiyevə gedib – bu haqda ABŞ-nin müdafiə katibi sosial şəbəkədə yazır.

“Amerika Birləşmiş Ştatlarının beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynaya dəstəyini davam etdirdiyini nümayiş etdirmək üçün müdafiə katibi kimi dördüncü dəfədir Ukraynaya qayıdıram” – Ostin yazır.

ABŞ-nin Kiyevdəki səfiri Bricit Brink Ostini qarşılayıb.

Medianın məlumatına əsasən, Ostin Ukraynanın ehtiyaclarını müzakirə etmək üçün Ukraynanın Prezidenti Volodimir Zelenski və Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşməyi planlaşdırır.

Oxşar