Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumu nəticəsində Beyrutda 3 nəfər həlak olub, ən azı 7 nəfər isə yaralanıb

11:06, 01.04.2025

 

 

İsrailin hücumu nəticəsində Beyrutda 3 nəfər həlak olub, ən azı 7 nəfər isə yaralanıb – bu haqda məlumatı Livanın Səhiyyə Nazirliyi yayır.

Livan Prezidenti Cozef Aun İsrailin Beyrutun cənub şəhərətrafında yerləşən binaya hücumunu pisləyib və beynəlxalq müttəfiqləri ölkənin suverenliyini dəstəkləməyə çağırıb.

Bununla yanaşı, Livanın Baş naziri Navaf Salam İsrailin Beyrutun cənubuna hücumunun atəşkəs razılaşmasının “açıq şəkildə pozulması” olduğunu bəyan edib.

İsrailin Müdafiə Qüvvələrində “HƏMAS”ın terrorçularına rəhbərlik edən və mülki İsrail sakinlərinə təhlüklə yaradan “Hizbullah”ın liderlərindən birinin onların hədəfi olduğunu bəyan ediblər.

Oxşar